Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
İclasda həmçinin “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərar layihəsi ilkin müzakirəyə çıxarılıb.
Eyni zamanda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Sonra 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Bakı İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri və ədalət mühakiməsinin həyata keçirilməsi haqqında məlumatlar dinlənilib.
İclasda “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli qərarında dəyişiklik edilməsi barədə məsələyə, həmçinin konkret işlərə baxılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


