Dövlət qurumlarına qarşı 600-dən çox kiberhücumun qarşısı alınıb

   Dövlət qurumlarına qarşı 600-dən çox kiberhücumun qarşısı alınıb
  07 Oktyabr 2025    Oxunub:805
Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilib.
Dövlət Xidmətindən AzVision.az -a verilən məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti