Səkkiz kənd turizm infrastrukturu layihəsinə daxil edilib

   Səkkiz kənd turizm infrastrukturu layihəsinə daxil edilib
  03 Oktyabr 2025    Oxunub:1167
Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov Astaranın Sım kəndinə təşkil edilmiş mediatur zamanı bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndi abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir.

E. Cavadov əlavə edib ki, layihə çərçivəsində Sım kəndinin turizm potensialı qiymətləndirilib, kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.


AzVision.az


Teqlər:



Xəbər lenti