SHXÇDX-nin şəxsi heyəti Zəfər parkını ziyarət edib

SHXÇDX-nin şəxsi heyəti Zəfər parkını ziyarət edib
  27 Sentyabr 2025    Oxunub:1092
44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb. Şəhidlərin əziz xatirəsi Xidmətin aparatında 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

AzVision.az


Teqlər: Anım-Günü  



Xəbər lenti