Atası ilə birgə kişini öldürüb yandırıdılar
Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib.
Emin Ramazanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələrilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


