Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Bildirilib ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 27-si axşamadək davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
"Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır",- əlavə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


