Azərbaycana qarşı dezinformasiya kampaniyası başlayıb - MEDİA

// Türkiyə mediası da prosesə qoşulur

   Azərbaycana qarşı dezinformasiya kampaniyası başlayıb -    MEDİA
  23 Sentyabr 2025    Oxunub:778
Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur.
Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir ki, yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb.

Azərbaycana qarşı dezinformasiya yayan media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.

"Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik",- açıqlamada deyilir.


Teqlər: Media  



Xəbər lenti