“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir I VİDEO

“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir  I VİDEO
  23 Sentyabr 2025    Oxunub:763
Qəhrəmanımız, Aprel döyüşlərinin iştirakçısı Amin Novruzov 2020-ci il sentyabr ayından başlanan Vətən müharibəsində Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə vuruşub.
O, noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin ailəsinə “YAŞAT” Fondu tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi dəstək göstərilir.



AzVision.az



Teqlər:



Xəbər lenti