Prezident İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir

Prezident İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
  22 Sentyabr 2025    Oxunub:492
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdədir.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.


Teqlər:



Xəbər lenti