Brüssel ticarət sazişini ləğv etməklə hədələyir

   Brüssel ticarət sazişini ləğv etməklə hədələyir
  30 Avqust 2025    Oxunub:1124
Prezident Donald Tramp Avropsa İtitfaqının (Aİ) Rəqəmsal Xidmətlər haqqında qanununa dəyişikliklər üçün təzyiqləri dayandırmasa, Brüssel ABŞ ilə ticarət razılaşmasından imtina etməyə hazır olmalıdır
AzVision.az Böyük Britaniyanın “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) vitse-prezidenti və Aİ-nin Rəqabət məsələləri üzrə komissarı Teresa Ribera belə deyib.

Xanım Ribera bildirib ki, Aİ-nin ticarət danışıqları üzrə müvəkkilləri birlik daxilindəki razılaşma əsasında Vaşinqtonla ticarət sövdələşmələri zamanı ABŞ-yə qarşı “lütfkarlıq” nümayiş etdiriblər.

Avrokomissar vurğulayıb ki, Brüssel Aİ-nin əsas texnologiya qanunlarını - Rəqəmsal Xidmətlər Aktı və Rəqəmsal Bazarlar Aktını ləğv etmək üçün ABŞ-nin heç bir məcburiyyətini qəbul etməməlidir.

“Biz mehriban, nəzakətli ola bilərik, problemləri və fikir ayrılıqlarını həll etmək yollarını tapmağa çalışa bilərik. Lakin ABŞ-nin tələb etdiyi ilə razılaşa bilmərik”, - Teresa Ribera xəbərdarlıq edib.

Reuters: “Tramp Aİ məmurlarını hədəfə ala bilər”
Bir neçə gün əvəvl “Reuters” agentliyi ABŞ prezidenti Ağ Ev administrasiyasının Rəqəmsal Xidmətlər Aktı (RXA) ilə bağlı Aİ təmsliçilərinə və birliyin ayrı-ayrı üzvlərinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirdiyini yazıb.

Xatırladaq ki, iyulun 27-də ABŞ prezidenti Donald Tramp AK-nin sədri Ursula fon der Lyayenlə görüşdən sonra Aİ ilə yeni ticarət razılaşmaları açıqlama verib. İndi ABŞ-yə idxal olunan bütün Avropa mallarına rüsum 15% təşkil edəcək, Aİ isə Amerika ixracına tariflər tətbiq etməyəcək.

AK sədri Trampla ticarət razılaşmasını “sabitlik və proqnozlaşdırıla bilməsi” baxımından yüksək qiymətləndirib. Onun sözlərinə görə, Aİ-ABŞ ticarət razılaşmasından imtina etmək Moskva və Pekində bayrama səbəb olardı.

Lakin müqavilənin imzalanmasından bir neçə həftə sonra vergiləri, texnologiya şirkətləri ilə bağlı qaydaları və ya qanunları ABŞ-yə qarşı “ayrı-seçkilik sərgiləyən” ölkələri Tramp tariflər və ixrac nəzarəti tətbiq edəcəyi ilə hədələyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ     saziş  



Xəbər lenti