Kamala Harris dövlət mühafizəsindən məhrum olunub

Kamala Harris dövlət mühafizəsindən məhrum olunub
  29 Avqust 2025    Oxunub:1355

ABŞ prezidenti Donald Tramp ötənilki prezident seçkilərində Demokratlar Partiyasından onun rəqibi, sabiq vitse-prezident Harrisin dövlət tərəfindən təhlükəsizliyinin təminatını ləğv edib.
AzVision.az xəbər verir ki, bununla bağlı mənbələrə istinad edən “CNN” telekanalı məlumat yayıb.
ABŞ-da keçmiş prezidentlər ömürlük qorunurlar. Kamala Harris, keçmiş vitse-prezident kimi, qanuna görə, vəzifədən getdikdən sonra altı ay müddətində mühafizə olunub.

“Onun mühafizə müddəti iyulun 21-də başa çatmalı idi. Lakin keçmiş prezident Co Bayden vəzifədən getməzdən bir müddət əvvəl gizli sərəncamla siyasətçinin qorunması şərtlərini daha bir il uzadıb”, - məlumatlı mənbə telekanala bildirib.

ABŞ-nin indiki lideri Donald Tramp “Daxili Təhlükəsizlik nazirinə Memorandum” başlıqlı məktubda 2025-ci il sentyabrın 1-dən etibarən, qanunla tələb olunanlardan başqa, keçmiş vitse-prezident Kamala Harrisin təhlükəsizliyinin təminatı ilə bağl bütün prosedurların dayandırılmasına çağırıb.

Maraqlıdır ki, bundan əvvəl ABŞ-nin Demokratlar partiyasının bir sıra nümayəndələri Kamala Harrisi 2028-ci il prezident seçkilərində namizəd kimi görmək istəmədiklərini bildiriblər. “Politico” nəşrinin mənbəsinin iddiasına görə, bunun üçün demokratların daha perspektivli namizədləri var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   mühafizə   ləğv  



Xəbər lenti