İran XİN: "3+3 formatı özünü doğrultdu"

      İran XİN:    "3+3 formatı özünü doğrultdu"
  26 Avqust 2025    Oxunub:1030
"Cənubi Qafqazda “3+3” regional formatı zamanın sınağından uğurla çıxa bildi".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, bu format regiondakı ölkələrlə (Azərbaycan, Ermənistan, Gürcüstan) Cənubi Qafqazı əhatələyən dövlətlər (Rusiya, Türkiyə, İran) arasında məsləhətləşmələr aparılması məqsədilə yaradılıb.

"Bu mexanizm xüsusən Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinə töhfə verib, beləliklə, artıq özünü doğruldub. Region ölkələri belə qənaətə gəliblər ki, format aktiv qalmalı, mübahisələrin həllində, eyni zamanda, kənar qüvvələrin müdaxiləsinin qarşısının alınmasında onun effektivliyini artırmaq məqsədilə səylər göstərilməlidir", – mətbuat katibi vurğulayıb.
Putin Pezeşkiyanla danışıb

Xatırladaq ki, dünən İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında da diqqətə çatdırıb ki, sözügedən format Cənubi Qafqazdakı problemlərin həllində effektiv mexanizmdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   3+3-formatı  



Xəbər lenti