Putin Pezeşkiyanla danışıb

   Putin Pezeşkiyanla danışıb
  25 Avqust 2025    Oxunub:978
Rusiya Prezidenti Vladimir Putin ilə iranlı həmkarı Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Bildirilib ki, Vladimir Putin avqustun 15-də ABŞ Prezidenti Donald Trampla Alyaskada baş tutan görüşü, aparılan danışıqların əsas nəticələri haqqında həmkarını məlumatlandırıb. Məsud Pezeşkiyan Ukrayna müharibəsinin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini vurğulayıb.

Tərəflər həmçinin qarşılıqlı əlaqələr, o cümlədən energetika və nəqliyyat sahələrində əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparıblar. İranın nüvə proqramı ətrafındakı cari vəziyyətə, Cənubi Qafqazda baş verən proseslərə də toxunulub.

Prezidentlər təsdiqləyiblər ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiqdirlər. Onlar, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   prezident   danışıq  



Xəbər lenti