Ukrayna Rusiyanın Kursk AES-ini və Ust-Luqa yanacaq terminalını vurub
Eyni vaxtda, Leninqrad vilayətinin Ust-Luqa limanı üzərinə endirilən hücumdan sonra “Novatek” şirkətinə məxsus yanacaq terminalında güclü yanğın başlayıb. Şahidlərin yaydığı görüntülərdə dronun birbaşa terminala çırpıldığı, ardınca alov və qara tüstü buludunun yüksəldiyi görünür.
Rusiya rəsmilərinin bildirdiyinə görə, xəsarət alan olmayıb, lakin Pulkovo daxil olmaqla bir sıra hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Samara vilayətinin Syzran şəhərindəki sənaye obyektinə də dron hücumu nəticəsində bir uşaq yaralanıb.
Ukrayna tərəfi hadisələr barədə rəsmi açıqlama verməyib. Kiyev ümumilikdə belə zərbələrin Rusiyanın davam edən hücumlarına cavab və Moskvanın hərbi infrastrukturunu sıradan çıxarmaq məqsədi daşıdığını bildirir.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


