Avropa Trampı Nobel Mükafatı ilə şirnikləndirəcəkmi?
“Bu cür nominasiyaların dəyəri məhduddur, çünki 100 mindən çox alim, professor və başqaları demək olar ki, istənilən namizədi irəli sürə bilər. Lakin Avropanın Amerika liderini dəstəkləməsi onu Ukraynadakı münaqişənin həllində daha çox iştiraka təşviq edə bilər”, - materialda deyilir.
Bununla belə, müəllif Aİ-nin komitəyə təsir edə biləcəyinə şübhə ilə yanaşdığını bildirir, çünki qərarı siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndələri arasından beş Norveç rəsmisi qəbul edir.
Qeyd edək ki, avqustun 15-də “NBC” telekanalı Ağ Evin sözçüsünə istinadən Donald Trampın həqiqətən də Nobel Sülh Mükafatını almaq istədiyini, lakin uğur qazanacağına əmin olmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


