Birinci variant Ukrayna torpaqlarında qoşunların hazırlanmasını nəzərdə tutur. Britaniya və Fransa Ukrayna ordusuna ölkənin qərbində, Lvov yaxınlığında təlim keçmək üçün minlərlə hərbçi göndərə bilər. Bunun üçün Kiyevdə, həmçinin britaniyalı hərbçinin başçılıq etdiyi koordinasiya mərkəzi yaradılacaq. Eyni zamanda, Avropa Ukraynanı silahla təminatını davam etdirəcək. Bundan əlavə, ölkə səmasında “hava patrulları” - “Tayfun” və ya “F-35” təyyarələri patrul xidməti göstərəcəklər. ABŞ Ukraynaya həm hərbi, həm də kəşfiyyat dəstəyi verə bilər.
İkinci varianta əsasən, Avropa Ukraynaya qoşun yeritməkdə tərəddüd edəcəyi halda ABŞ məhdud təhlükəsizlik zəmanəti verməlidir. Onda “İstəklilər koalisiyası” havadan patrul xidmətinə diqqət yetirəcək. Onlar həmçinin uçuşlara qadağa zonası tətbiq edə bilərlər.
Üçüncü variant NATO Nizamnaməsinin 5-ci maddəsində olduğu kimi Ukraynanı kollektiv təhlükəsizliklə təmin edə bilərdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum bütün üzvlərə hücum hesab olunur.
|
| Ukraynanın təhülkəsizliyi üçün Moskvanın təklifi | VİDEO |
Qeyd edək ki, sülh sazişinin bir hissəsi kimi Ukrayna təhlükəsizlik zəmanəti istəyir. “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, bu zəmanətlər dörd komponentdən ibarət olacaq: hərbi mövcudluq, hava hücumundan müdafiə, silahlar və hərbi əməliyyatların dayandırılmasının monitorinqi. Vaşinqton, öz növbəsində, Amerika qoşunlarının Ukraynada olmayacağını açıqlayıb, lakin onun havadan dəstəyi mümkün variantlardan biridir.
Lakin Ukrayna ərazisində istənilən kənar hərbi kontingentin əleyhinə çıxan Moskva Ukraynanın təhlükəsizliyinin təminatı üçün öz variantını təklif edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


