“Kahı” yükü aparan avtomobildən 70 kq marixuana aşkar edilib

“Kahı” yükü aparan avtomobildən 70 kq marixuana aşkar edilib
  21 Avqust 2025    Oxunub:755
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
AzVision.az komitəyə istinadən xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


AzVision.az



Teqlər:



Xəbər lenti