Şimali Koreyanın gizli bazası aşkarlanıb

   Şimali Koreyanın gizli bazası aşkarlanıb
  21 Avqust 2025    Oxunub:970
"Şimali Koreya özünün Çinlə sərhədi yaxınlığında ən yeni uzaqmənzilli ballistik raketlərini yerləşdirdiyi gizli hərbi baza tikib".
Bu iddia ABŞ-nin paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında vurğulanır. Bildirilir ki, "Sinpun-don" adlı qeyri-rəsmi raket əməliyyat bazası ölkənin Şimali Pyonqan vilayətində, Çinlə sərhəddən təqribən 27 kilometr məsafədə yerləşir.

"Ehtimal ki, burada 6, yaxud 9 ədəd nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketlər, habelə onların buraxılış qurğuları var", – hesabatda göstərilir.

Mərkəzin iddiasına görə, mümkün surətdə saxlanılan bu silahlar həm Şərqi Asiya, həm də ABŞ üçün potensial nüvə təhlükəsi yaradır.

Xatırladaq ki, Şimali Koreya 2019-cu ildə ABŞ ilə uğursuz sammitin ardınca nüvə silahı proqramını daha da gücləndirib. Lider Kim Çen İn bu yaxınlarda da ölkənin nüvə potensialının "sürətlə genişləndirilməsi" məqsədilə öz alimlərinə tapşırıq verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Şimali-Koreya   hərbi-baza   nüvə-proqramı  



Xəbər lenti