London Zelenskini devirməyə çalışır?

   London Zelenskini    devirməyə    çalışır?
  20 Avqust 2025    Oxunub:1196
Ukrayna və Britaniya arasında seçki məsələləri üzrə əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb.
Bu barədə Britaniyanın Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, London Ukraynanın şərqində hərbi əməliyyatlar başa çatanda, Rusiya ilə münaqişə öz həllini tapanda rəsmi Kiyevə seçkilərin keçirilməsi çərçivəsində öz yardımını göstərməyə hazırdır.

Məlumat üçün diqqətə çatdıraq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti rəsmi surətdə 2024-cü il mayın 20-də başa çatıb. Ölkədəki müharibə şəraiti əsas gətirilərək, həmin vaxtdan bəri prezident seçkiləri keçirilməyib. Maraqlıdır ki, Volodimir Zelenski özü də vurğulayıb ki, "qeyri-legitim prezidentliyindən narahatlıq duymur".

Belə bir şəraitdə istisna deyil ki, Britaniyanın Ukraynadakı gələcək prezident seçkilərinə birbaşa müdaxilə ehtimalı "Volodimir Zelenskini dolayı yolla devirmək" cəhdidir. Hərçənd digər tərəfdən, London Kiyevin ən böyük dəstəkçilərindən sayılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Ukrayna   seçkilər   müdaxilə  



Xəbər lenti