Rusiya Odessanın energetika sektorunu hədəfə alıb

   Rusiya Odessanın energetika sektorunu hədəfə alıb
  20 Avqust 2025    Oxunub:746
Bu gecə Rusiya qoşunları yenidən Ukrayna ərazisinə PUA-lar buraxıb və Odessa vilayətinə qarşı ballistik raketlərdən istifadə edib.
AzVision.az Ukrayna Hərbi Hava qüvvələrinin yaydığı məlumata istinadən xəbər verir ki, Tatarbunar və İzmail şəhərləri vurulub, enerji infrastrukturu hücumların hədəfi olub.

Odessada partlayış baş verib, şəhərin meri Gennadi Truxanov sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Eyni zamanda Poltava vilayəti istiqamətində pilotsuz uçuş aparatları qeydə alınıb, Sumı vilayətindəki Axtırka şəhərində isə gecə yarısından sonra 20-yə yaxın partlayış səsi eşidilib.

İlk dəfə reaktiv PUA-ların hücum etdiyi Volınsk, Rovensk və Jitomirin qərb bölgələrində də hava hücumu xəbərdarlığı elan olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Odessa   energetika  



Xəbər lenti