Tramp Rusiyaya gedə bilər

   Tramp Rusiyaya gedə bilər
  19 Avqust 2025    Oxunub:859
"Alyaskada keçirilən görüşdə Donald Tramp Vladimir Putindən Rusiyaya səfər dəvəti alıb".
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin "Rossiya 24" telekanalına müsahibəsində məlumat verib. O, ABŞ Prezidentinin Rusiyaya mümkün səfəri ilə əlaqədar mətbuatda yayılan xəbərləri təsdiqləyib.

"Alyaskada mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bu dəvəti dilə gətirib. Donald Tramp, səhv xatırlamıramsa, deyib ki, bu (yəni Rusiyaya səfər – red.) çox maraqlı alına bilər", – nazir vurğulayıb.

Xatırladaq ki, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında görüş baş tutub. Tərəflər əsas etibarilə Ukrayna böhranının həlli istiqamətində danışıqlar aparıb, eyni zamanda, bir sıra digər məsələyə da toxunublar.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   Rusiya   səfər  



Xəbər lenti