WSJ: “Vaşinqton Kiyevə təzyiq göstərə bilər”

      WSJ:    “Vaşinqton Kiyevə  təzyiq göstərə bilər”
  19 Avqust 2025    Oxunub:973
Kəşfiyyat məlumatlarının mübadiləsindən istifadə edən ABŞ Ukraynanı onun üçün xoşagəlməz razılaşmanın qəbul olunmasına inandıra bilər.
AzVision.az xəbər verir ki, belə iddianı irəli sürən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, bu ilin mart ayında yaşanan fasilədən sonra hər iki ölkənin kəşfiyyat rəsmiləri arasında münasibətlər pisləşib.

“WSJ” xatırladır ki, hər iki ölkə Moskva və Kiyev arasında tammiqyaslı münaqişənin ilk aylarından kəşfiyyat məlumatı mübadiləsi aparır, o cümlədən Ukraynaya ABŞ hökuməti tərəfindən satın alınan kommersiya peyk görüntülərinə giriş imkanı verilirdi.

“Lakin prezidentlər Volodimir Zelenski və Donald Tramp arasında fevral ayında Ağ Evdə keçirilən görüşdə yaşanan sərt mübahisədən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff martın əvvəlində Ukraynaya bu məlumatın verilməsində müvəqqəti fasilə elan etdi”, - qəzet yazır.

Rubio: “Biz Kiyevə pul və silah vermirik” | VİDEO
Bu mübadilə təxminən bir həftə sonra bərpa edilsə də, nəşrin mənbələri o vaxtdan bəri Amerika və Ukrayna kəşfiyyat təmsilçiləri arasında münasibətlərin pisləşdiyini bildirib.

Avqustun 18-də Ağ Evə səfəri zamanı Zelenski “Ukraynanın hansı dəstəyə – silah, hərbi təlim və ya kəşfiyyat məlumatlarının mübadiləsi – ehtiyacı var?” sualına “hər şeyə” cavabını verib.

ABŞ-nin Dövlət katibi Marko Rubio, öz növbəsində, “Fox News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton artıq Ukraynaya silah və pul vermir. Bunun əvəzində Kiyevə silahlar NATO strukturları vasitəsilə satılacaq və onun pulunu Avropa ölkələri ödəyəcəklər.

- Birləşmiş Ştatlar potensial olaraq münaqişənin əlverişsiz həllinə razılaşması üçün Ukraynaya “təzyiq inkanlarından” biri kimi kəşfiyyat məlumatlarının mübadiləsindən istifadə edə bilər”, - sadalanan reallıqlar fonunda “WSJ” vurğulayır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   ABŞ   Ukrayna   təzyiq  



Xəbər lenti