Xameneinin müşaviri: "Müharibə qurtarmayıb"
"Onlar güc vasitəsilə sülh yaratdıqlarını deyirlər. Odur ki İran da güclü durmalıdır. Çünki təbiət sistemində zəiflər tapdalanırlar. Diplomatiya, media, raket, dron və kiberhücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarini qabaqcadan planlaşdırır, ən pis vəziyyəti görür və bu minvalla hazırlaşırıq", – Səfəvi deyib.
Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


