Sosial xidmət müəssisələrində 3 min nəfərə xidmət göstərilib

Sosial xidmət müəssisələrində 3 min nəfərə xidmət göstərilib
  15 Avqust 2025    Oxunub:577
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min nəfərə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər xidmətlərlə təmin olunublar. Onlardan 967 nəfərini uşaqlar təşkil edib.

AzVision.az


Teqlər:



Xəbər lenti