“Azərlotereya”nın tirajlı lotereya biletlərində ardıcıl 2 böyük uduş qazanılıb!

“Azərlotereya”nın tirajlı lotereya biletlərində ardıcıl 2 böyük uduş qazanılıb!
  13 Avqust 2025    Oxunub:1275
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Super Keno” və “Beşdə 5” tirajlı lotereyalarında ardıcıl 2 böyük uduş – 100 000 və 50 000 manat qazanılıb.
100 000 manatlıq ilk uduş “Super Keno” lotereyasının avqustun 11-də keçirilən tirajında qeydə alınıb. Şanslı oyunçu ona uğur gətirən bileti Göygöl rayonunda “Azərlotereya” satış məntəqəsindən alıb.

İkinci böyük uduş isə avqustun 12-də “Beşdə 5” tirajlı lotereyasında qeydə alınıb. Ağdaşda marketdən alınan “Beşdə 5” bileti sahibini 50 000 manat qazandırmaqla sevindirib.

“Azərlotereya”nın “Super Keno”, “Beşdə 5” və “4+4” tirajlı lotereya biletlərində hər gün uduş var. “Super Keno”da böyük uduş məbləği 1 000 000 manatdır. “Beşdə 5” oyununda hər gün 50 000 manat böyük uduşu qazanmaq şansı var. “4+4” tirajlı lotereyasında isə cekpot günü-gündən artır və məbləğ hazırda 800 000 manatdan çoxdur. Cekpot hələ də öz sahibini gözləyir.

Qeyd edək ki, hər üç oyun üçün biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, market və köşklər, həmçinin azerlotereya.com, misli.az-dan əldə etmək, olar.

Tirajlı lotereya oyunu hər gün saat 19:45-də “Xəzər” TV-də və “Azərlotereya TV” “YouTube” kanalında canlı yayımlanır.

AzVision.az


Teqlər:



Xəbər lenti