Serbiya XİN: Birgə Bəyannamə sabitlik və firavanlıq yolunda mühüm addımdır

Serbiya XİN: Birgə Bəyannamə sabitlik və firavanlıq yolunda mühüm addımdır
  10 Avqust 2025    Oxunub:1122
Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir.

Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.

“Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır. Serbiya qarşılıqlı hörmət və beynəlxalq hüquq və qaydaya tam riayət əsasında bütün ölkələr arasında dinc dialoq, regional əlaqə və genişləndirilmiş əməkdaşlığın tərəfdarı olmaqda davam edəcək”, - deyə paylaşımda qeyd olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti