Cəlilabadda çaqqal kənd sakinlərinə cumub

Cəlilabadda çaqqal kənd sakinlərinə cumub
  09 Avqust 2025    Oxunub:1049
Çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AzVision.az -a bildirilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

AzVision.az


Teqlər: TƏBİB  



Xəbər lenti