Şahdağa dolu yağıb

Şahdağa dolu yağıb
  08 Avqust 2025    Oxunub:1045
Avqustun 8-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.

Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az


Teqlər: hava  



Xəbər lenti