DSX-nın Hərbi Prokurorluqla birgə maarifləndirici tədbirləri davam edir

DSX-nın Hərbi Prokurorluqla birgə maarifləndirici tədbirləri davam edir
  29 İyul 2025    Oxunub:897
Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə şəxsi heyət arasında hərbi intizamın daha da möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin səviyyəsinin artırılması və hərbi qulluqçular arasında hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər davam edir.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Hərbi Prokurorluğun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər hərbi intizamın qorunmasının dövlətin müdafiə qabiliyyətində oynadığı mühüm rola diqqət çəkmiş, hərbi qulluqçuların hüquqi biliklərinin artırılmasının əhəmiyyətini xüsusi vurğulayiblar.

Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi xidmət zamanı baş verə biləcək hüquq pozuntuları və onların hüquqi nəticələri barədə ətraflı məlumat verilmiş, konkret misallar əsasında təhlillər aparılıb.

Hərbi qulluqçular arasında hüquqi savadlılığın artırılmasının yalnız inzibati tədbirlərlə deyil, həm də tədris, tərbiyə və maarifləndirmə metodlarının tətbiqi ilə həyata keçirilməsinin daha səmərəli nəticələr verdiyi qeyd olunub.

Tədbirlərin sonunda şəxsi heyətlə xatirə fotoşəkli çəkdirilib.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti