Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs tutulub

Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs tutulub
  28 İyul 2025    Oxunub:743
Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində iyulun 27-də qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi, 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti