Qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb

Qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb
  27 İyul 2025    Oxunub:947
Tovuzda ötən ay qardaşı tərəfindən baltalanan qadın xəstəxanada ölüb.
Ağır xəsarətlər alan 2000-ci il təvəllüdlü A.Namazaova Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 6-da Tovuz şəhərində baş verib. Belə ki, Tovuz şəhər sakini ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb. Hadisəni törədən K.Namazov polis əməkdaşları tərəfində saxlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti