Abbas Əraqçi: "BMT üzvü kimi İranın öz haqqını qorumaq hüququ var"

 Abbas Əraqçi: "BMT üzvü kimi İranın öz haqqını qorumaq hüququ var"
  22 İyun 2025    Oxunub:1417
"İstanbulda bölgədə sülhə yönəlmiş bir sıra müzakirələrimiz oldu. Lakin anidən nüvə obyektlərimizə zərbələr endirildi. Bu, son dərəcə ağrılı və daha əvvəl görülməmiş bir hücum idi. BMT ölkəsi olaraq İran öz haqqını qorumaq hüququna sahibdir. İran İslam Respublikası ərazi bütövlüyünü və xalqını qorumağa davam edəcək. BMT-nin Nizamnaməsinə uyğun olaraq, İranın burada öz haqlarını qorumaq hüququ var və rəsmi Tehran onu qorumaq üçün hər cür tədbiri görəcək" - İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51 ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Beynəlxalq ictimaiyyətin bu cür yanaşmaya səssiz qalmasının BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozduğunu qeyd edən İranın XİN başçısı bildirib: “BMT təcili toplantı keçirərək bu hücumu dəyərləndirilməlidir. Bu, dialoq səviyyəsində olan məsələyə edilən hücumdur.

İranı özünü yalnız ABŞ-ın hərbi təcavüzünə qarşı deyil, həm də İsrailin hücumlarına qarşı qoruyacağıq. İrana “diplomatiyaya qayıdın” çağırışı etmək artıq çox da məna kəsb etmir. Biz indi kiminlə masaya oturacağımızı bilmirik. Nüvə obyektlərimizə dəyən zərərin həcmi ilə bağlı hələlik açıqlama vermək çətindir”.

Əraqçi, həmçinin Moskvaya gedəcəyini və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti