“Bəzən sülhü zorla yaratmalısan” - Tramp İrana 2 həftə vaxt verdi

“Bəzən sülhü zorla yaratmalısan” -  Tramp İrana 2 həftə vaxt verdi
  21 İyun 2025    Oxunub:1229
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, həmişə sülhün tərəfdarı olub, lakin bəzən onu zorla yaratmaq lazım gəlir.
Tramp jurnalistlərin ABŞ-ın İrana hücum edib-etməyəcəyi ilə bağlı sualına “Bu, ən axırıncı yoldur” deyib və hələlik İrana vaxt verdiyini xatırladıb.

“İrana möhlət verirəm. Deyərdim ki, maksimum iki həftə”,- o deyib.

Prezident həmçinin qeyd edib ki, İsrail İranın yeraltı nüvə obyektlərini təkbaşına sıradan çıxara bilməz:

“Onların imkanları çox məhduddur. Kiçik bir hissəni vurmaq olar, amma dərinliyə qədər enə bilməzlər. Bəlkə də heç lazım gəlmədi...”

Qeyd edək ki, İranın 80-90 metr dərinlikdəki yeraltı nüvə obyektlərini vurmağa qabil yeganə bomba ABŞ-ın arsenalındadır. Bunker əleyhinə GBU-72 bombalarını hədəfə atmaq üçün B-2 tipli ağır bombarbardmançıya ehtiyac var ki, bu təyyarələr də İsraildə mövcud deyil.

M.Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti