Haneqbi: "İranın hələ də minlərlə raketi var"

      Haneqbi:    "İranın hələ də minlərlə raketi var"
  16 İyun 2025    Oxunub:1284
"İranın ixtiyarında hələ də minlərlə ballistik raket qalmaqdadır".
Bu sözləri İsrailin milli təhlükəsizlik müşaviri Çaxi Haneqbi ölkənin Ordu Radiosuna müsahibəsində dilə gətirib. O vurğulayıb ki, İsrailin hazırda apardığı hərbi əməliyyat "sözügedən ballistik raketlərinin hamısını sıradan çıxarmaq" gücündə deyil.

"Belə bir məhdud əməliyyatla İran təhlükəsinə uzunmüddətli son qoymaq çətindir", - deyən müşavir eyhamla İsrail Silahlı Qüvvələrini daha böyük hücum əməliyyatlarına çağırıb.
Qüds Qüvvələrinin İrandakı mərkəzləri vurulub | VİDEO

Haneqbinin qəti ifadəsindən qabaq hərbi mütəxəssislər diqqətə çatdırırdılar ki, İran 1500-2000 ədəd ballistik raketə malikdir. Həmin raketlərin artıq yüzlərcəsi işlədilib və əksəriyyəti İsrailin hava hücumu müdafiə sistemləri tərəfindən vurulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  



Xəbər lenti