Təyyarədə olan 242 nəfərin hamısı həlak olub I YENİLƏNİB - VİDEO

 Təyyarədə olan 242 nəfərin hamısı həlak olub  I YENİLƏNİB - VİDEO
  12 İyun 2025    Oxunub:1349
Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
AzVision.az xəbər verir ki, hava gəmisində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olmaqla ümumilikdə 242 sərnişin və heyət üzvü, o cümlədən 2 pilot və 10 bələdçi olub.



İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib. Nəticədə təyyarə ali təhsil müəssisəsinin binasına çırpılıb. “New Indian Express” qəzeti bildirib ki, qəza yerində ən azı 60 meyit, o cümlədən təyyarənin çırpıldığı universitetin yataqxanasının ərazisində isə on nəfərin meyiti tapılıb.



“Air India” bildirib ki, insidentin araşdırılmasında müvafiq orqanlarla tam əməkdaşlıq edir. Həmçinin sərnişinlərin yaxınlarına məlumat verilməsi üçün xüsusi qaynar xətt yaradılıb.





***

Hindistanın qərbində “Air India” şirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub

AzVision.az “News18” və “NDTV” telekanallarına istinadən xəbər verir ki, “ aviaşirkətinə məxsus, göyərtəsində 242 sərnişinin olduğu “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğrayaraq yaşayış massivinə düşməsi nəticində yerdə də zərərçəkənlər ola bilər.

Əhmədabaddakı Sərdar Vallabhbhai Patel adına Beynəlxalq Hava Limanı (SVPIA) “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra bütün əməliyyatları dayandırıb.

“Qəzadan sonra bütün əməliyyatlar növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırılıb”, -aeroportun nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Reuters” agentliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində Hindistan, Kanada, Portuqaliya və Böyük Britaniya vətəndaşları olub.





Sahil İsgəndərov
AzVision.az


Teqlər: Hindistan   təyyarə   qəza  



Xəbər lenti