Putin Şavkat Mirziyoyevə zəng edib

Putin Şavkat Mirziyoyevə zəng edib
  11 İyun 2025    Oxunub:511
Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Moskva və Daşkənd arasında iqtisadi və enerji layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, hər iki tərəf Rusiya nümayəndə heyətinin də iştirak etdiyi IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirilməsini vurğulayıb.

Bundan əlavə, Mirziyoyev Vladimir Putini və bütün rus xalqını qarşıdan gələn Rusiya Günü münasibətilə təbrik edib.

AzVision.az





Teqlər:



Xəbər lenti