Avstriyada terror edən şəxsin erməni əsilli olduğu bildirilir

Avstriyada terror edən şəxsin erməni əsilli olduğu bildirilir
  11 İyun 2025    Oxunub:849
Avstriyada məktəbdə atəş açan şəxsin atası Ermənistandan gəlmədir
AzVision.az xəbər verir ki, bu barədə yerli "Kronen Zeitung" qəzeti yazır.

Avstriyanın Qrats şəhərində məktəbdə atəş açan 21 yaşlı Arturun atası Ermənistandan gəlmədir.

O, avstriyalı anası ilə yaşayırdı. Artur həmin məktəbin keçmiş məzunudur. O, anasına onu bağışlamasını xahiş edən bir video göndərib, vida məktubunda isə məktəbdə baş verən təhqirlərdən bəhs edib.

Avstriya polisi axtarış zamanı evdə əldəqayırma partlayıcı qurğu aşkar edib.

Qeyd edək ki, baş verən atışma ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan edilib. Hadisə nəticəsində 10 nəfər ölüb.

AzVision.az



Teqlər:



Xəbər lenti