Məlumatda bu plana birbaşa UTX-nin sədri Vasili Malyukun rəhbərlik etdiyi və xüsusi əməliyyata hazırlığın maksimum məxfilik şəraitində aparıldığı vurğulanır.
- UTX müharibə qanunlarına və adətlərinə uyğun olaraq, tamamilə qanuni hədəflər - Ukrayna şəhərlərinin bombalanmasında iştirak edən hərbi aerodromlar və Rusiya təyyarələri üzrə iş aparıb”, - Malyuk deyib.
|
| “Hörümçək toru” təkrarlana bilər - VİDEO |
Yeri gəlmişkən, Ukraynanın baş naziri Denis Şmıqal da bir müddət əvvəl verdiyi açıqlamada “Hörümçək toru” əməliyyatının təkrarən həyata keçirilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.
— Newsfeed (@Newsfeed883920) June 11, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


