AŞ-nin baş katibi İrəvana gəlib

   AŞ-nin baş katibi İrəvana gəlib
  11 İyun 2025    Oxunub:991
Avropa Şurasının (AŞ) baş katibi Alen Berse Ermənistanda rəsmi səfərdədir.
AzVision.az Ermənistanın Xarici İşlər nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Alen Berse iki günlük səfər çərçivəsində ölkənin baş naziri Nikol Paşinyanla görüşlər planlaşdırılır.

AŞ-nin baş katibi, həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan və Ədliyyə naziri Sbrui Qalyanla da danışıqlar aparacaq.

Bundan əvvəl Avropa Şurasının açıqladığı məlumatda görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regional sabitlik ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilirdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berse   Ermənistan  



Xəbər lenti