Rusiyaya qarşı yeni sanksiyalara nə mane olur? - VİDEO

   Rusiyaya qarşı yeni sanksiyalara nə mane olur?    - VİDEO
  10 İyun 2025    Oxunub:1113
Bir sıra Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən boyun qaçırmalarını Ukraynanın vətəndaşları 18 yaşdan başalayaraq səfərbər etməməsi ilə əlaqələndirirlər.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın “Válasz Online” nəşrinə müsahibəsində belə deyib.

“Biz 18-24 yaşlı gəncləri səfərbər etməmişik, lakin onlara bir illik müqavilələr təklif etmişik. Mən əvvəllər bu barədə danışmamışam, amma siz soruşduğunuza görə danışacağam. Bu, incə məsələdir. İnanmıram ki, bəzi başqa ölkələrin liderlərinin düşündüyü kimi, 18 yaşından olan insanları səfərbər edək”, - Zelenski bildirib.

Onun sözlərinə görə, “Hörümçək toru” əməliyyatı göstərdi ki, müasir şəraitdə silah və texnologiya hərbi personalın sayından qat-qat önəmlidir. Ukrayna lideri, həmçinin vurğulayıb ki, sanksiyalar Rusiyaya, xüsusən də maliyyə sektoruna təzyiqin əsas aləti olaraq qalır.

Zelenski, bununla belə, minlərlə ukraynalı artıq lazımi silahlar olmadan cəbhə xəttində döyüşdüyünü diqqətə çatdırıb.

- Əslində səfərbərlik müharibə aparan bütün ölkələr üçün ümumi problemdir. Ukrayna hazırkı şəraitdə ayda 27 minə qədər, Rusiya isə 40-50 minə qədər insanı səfərbər etmək iqtidarındadır, çünki o, daha çox itki verir”, - Ukrayna prezidenti iddia edib.

Voldoimir Zelenski daha əvvəl bildirmişdi ki, artıq yaradılmış briqadalar üçün silah çatışmazlığı səbəbindən 18 yaşından səfərbərlik praktiki deyil. 2025-ci ildə 18-24 yaşlı gənclərə döyüş əməliyyatlarında iştirak etmək üçün artan əmək haqqı və ödənişlər əsasında müqavilələr təklif olunub.


Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Zelenski   Rusiya   sanksiyalar  



Xəbər lenti