II Qaregin BƏƏ-yə gedib
Xatırladaq ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın II Qareginlə münasibətlər xeyli gərginləşib. Nikol Paşinyan EAK-ın rəhbərinin könüllü subaylıq əhdini pozduğunu və onun uşağı olduğunu iddia eidb.
“Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübuta yetirəcəyəm. Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilərdi. O, katolikos ola bilməz və Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir”, - Paşinyan sosial şəbəklərdə etdiyi paylaşımda yazıb.
Baş nazir Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, erməni xalqının mənəvi irsinin hər bir dəyərinə, hər bir əşyasına, hər bir obrazına və daşına sevgi ilə yanaşan bir insan olduğunu bildirib. Onun sözlərinə görə, EAK-ın yenidən seçilmiş bir katolikosu olmalıdır, və bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikos seçkilərindən əvvəl yoxlanmalı və təsdiqlənməlidir.
- Müqəddəs EAK-ın inanclı davamçılarını Patrixar iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram”, - Nikol Paşinyan vurğulayıb.
O qeyd edib ki, məhz ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır. Daha əvvəl isə Nikol Paşinyan EAK-ı kara gəlməyən əşyalarla doldurulmuş anbara bənzətmişdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


