Məhəmməd Sinvarın meyitinin tapıldığı təsdiqlənib

Məhəmməd Sinvarın meyitinin tapıldığı təsdiqlənib
  08 İyun 2025    Oxunub:582
İsrail Müdafiə Qüvvələri (IDF) HAMAS-ın Qəzzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın meyitinin Xan Yunisdən çıxarıldığını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Sinvarın meyiti Xan Yunisdəki xəstəxananın altındakı kompleksdən digər 10 terrorçunun meyiti ilə birlikdə çıxarılıb.

Qeyd edək ki, Məhəmməd Sinvar mayın 13-də Xan Yunisdə İsrailin hava hücumu nəticəsində öldürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti