Pentaqon uçan boşqablar haqqında dezinformasiya yayır
"ABŞ ordusu yadplanetlilərin texnologiyasına dair sübutlar uydurdu və real məxfi silah proqramlarını gizlətmək üçün şayiələrin yayılmasına icazə verdi", - deyə məlumatda qeyd edilib.
Nəşr yazır ki, ABŞ Konqresi Pentaqonun 1980-ci illərə aid insidenti üzə çıxaran dezinformasiyası ilə bağlı araşdırmaya başlayıb. Həmin vaxt Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasında ABŞ-ın çox məxfi obyektinin yaxınlığındakı bara baş çəkib.
Hərbçi müəssisə sahibinə uçan boşqabların göstərildiyi iddia edilən görüntüləri verib.
Mütəxəssislər hesab edirlər ki, Pentaqon real məxfi silah proqramlarını Sovet İttifaqından gizlətmək məqsədilə UNO-ların mövcudluğu haqqında dezinformasiya yayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


