“Ümid edirik ki, Gürcüstana münasibət dəyişəcək və bu, təkcə bizə yox, həm də Aİ-yə lazımdır. Məqsədimiz ölkə Konstitusiyasında öz əksini tapıb - 2030-cu ilə qədər, biz buna digər ölkələrlə müqayisədə daha hazır olanda, Aİ-yə üzv olmaq”, - İrakli Kobaxidze vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Mertsi Gürcüstanın Müstəqillik Günü ilə bağlı verdikləri son bəyanatla bağlı diplomatik taktika və etiketə malik olmadıqlarına görə tənqid edib.
|
| Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırıb |
Xatırladaq ki, 2024-cü ilin mayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdikdən sonra, burada öz təsir rıçaqlarının zəifləyəcəyindən narahat olan Aİ və ABŞ-nin rəsmi Tbilisiyə təzyiq cəhdləri nəticəsində münasibətlər pisləşməyə başladı. Gürcüstanda fəaliyyət göstərən bəzi QHT-lər isə kollektiv Qərbin dəstəyi ilə ölkədə “rəngli inqilab” törətmək cəhdlərinə əl atdılar.
Buna cavab olaraq, ötən il noyabrın 28-də Gürcüstan hökuməti 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə Brüssellə danışıqların başlanması barədə müzakirələri dayandırmaq və Aİ-nin bütün büdcə qrantlarından imtina etmək qərarını verdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


