“İndi ona cavabın həqiqətən qaçılmaz olduğunu və heç kimin buna mane olmayacağını bildirəndən sonra, çünki bütün nüvə gücləri nüvə təhdidinin qarşısının alınmasında maraqlıdır, o, sızıldayır və onu yemləyən əli dişləyir”, - analitik bildirib.
|
| London Rusiya aerodromlarına hücumu alqışlayıb - VİDEO |
Bundan əvvəl “Eurasia Group” geosiyasi konsaltinq qrupunun prezidenti Yan Bremmerə istinad edən “The New York Times (NYT)” nəşri öz hərbi aerodromlarına hücuma Rusiyanın Ukraynanı “bombalamaqla” cavab verə biləcəyini yazıb.
Bununla belə, Böyük Britaniyanın Müdafiə naziri Con Hili Ukraynanın Rusiyanın hərbi aerodromlarını alqışlayaraq, Londonun Kiyevə yərtərəfli yardımı davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adı altında keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


