Jurnalsitləri Ermənistan parlamentinə buraxmadılar

Jurnalsitləri Ermənistan parlamentinə buraxmadılar
  04 İyun 2025    Oxunub:1241
İyunun 4-də baş nazir Nikol Paşinyanın çıxış etdiyi Ermənistan parlamentinin kiçik iclas zalına mətbuat nümayəndələri buraxılmayıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin daimi komitələrində 2024-cü il dövlət büdcəsinin icrası haqqında illik hesabatın ilkin müzakirələri başlayıb. Müzakirələr deputatların, Mərkəzi Bankın nümayəndələrinin, hökumət üzvlərinin iştirakı ilə keçirilir.

Ermənistanın Maliyyə nazirliyinin məlumatına görə, 2024-cü ilin sonuna respublikanın dövlət büdcəsinin icrası gəlirlər üzrə 95,8%, xərclər üzrə isə 93,9% təşkil edib. Eyni zamanda, ölkənin əsas maliyyə sənədinin düzəliş edilmiş göstəricilərində gəlirlər 2,72 trilyon dramdan (təxminən 6,9 milyard dollar) çox, xərcləri isə 3,18 trilyon dramdan (təqribən 8,067 milyard dollar) çox məbləğdə nəzərdə tutulub.

2024-cü ilin sonunda Ermənistanın dövlət borcu təxminən 12,8 milyard dollar təşkil edib ki, bu da ÜDM-in 48,3%-nə bərabərdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   jurnalistlər  



Xəbər lenti