“Biz Qrem və Zelenskinin ABŞ-ni Üçüncü Dünya müharibəsinə sürükləməsinə icazə verə bilmərik. Bunun fonunda əvvəlki iki Dünya müharibəsi kiçik dartışma kimi görünəcək. Qrem Ukrayna vətəndaşlarına ABŞ-nin onları dəstəkləyəcəyi və Rusiya ilə genişmiqyaslı münaqişəyə qarışacağı barədə “yanlış ümidlər” verir”, - Donald Trampın sabiq müşaviri vurğulayıb.
|
| Bennon senator Qremi həbs etməyə çağırıb - VİDEO |
Ukrayna PUA-larının Rusiya aerodromlarına zərbələrini pisləyən Stiv Bennon bildirib ki, Ağ Ev Ukraynanın hərəkətlərini qınamalı, Kiyevi dəstəkəməklə və Rusiyanı tənqid etməklə məşhur olan senator Qremi danlamalıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


