Vaşinqton tariflərə görə tərəfdaşlarını sıxışdırır

   Vaşinqton tariflərə görə tərəfdaşlarını sıxışdırır
  03 İyun 2025    Oxunub:1222
Tramp administrasiyası müəyyənləşdirilən son möhlət tarixindən qabaq çoxsaylı tərəfdaşları ilə danışıqları sürətləndirmə fonunda onların "ən yaxşı tarif təklifini" irəli sürmələrini gözləyir.
"Reuters" xəbər agentliyi danışıqların tərəfdaşlarına göndərilən məktuba əsasən yazır ki, Donald Tramp ölkələrə iyulun 8-dək möhlət verərək, həmin vaxtacan tarifləri dayandırıb.

Məktubdakı məlumata görə, rəsmi Vaşinqton ölkələrdən ABŞ-nin sənaye və kənd təsərrüfatı məhsullarının idxalı üçün tarif və kvota təkliflərinin verilməsini, habelə hər hansı qeyri-tarif maneələrin aradan qaldırılmasını əhatələyən "ən yaxşı təklifləri" istəyir. Eyni zamanda, rəqəmsal ticarət və iqtisadi təhlükəsizlik üzrə öhdəliklər də bu tələbə daxildir.

Bildirilir ki, ABŞ, öz növbəsində, alacağı təklifləri dərhal qiymətləndirib qarşılıqlı tarif dərəcəsini müəyyənləşdirəcək. Hərçənd məktubun göndərildiyi ölkələrin siyahısı diqqətə çatdırılmayıb, ancaq Vaşinqtonun əsas etibarilə Avropa İttifaqı, Yaponiya, Vyetnam və Hindistanla danışıqlar apardığı vurğulanır.

ABŞ Prezidenti yanında Milli İqtisadi Şuranın direktoru Kevin Hassett diqqətə çatdırıb ki, tariflər bir sıra ölkə ilə, o cümlədən ABŞ-nin əsas ticarət tərəfdaşı Britaniya ilə artıq razılaşdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   tarif-müharibəsi  



Xəbər lenti