“Hökumət bütün rəsmiləşdirmələri başa çatdırdığını elan edən kimi biz İqtisadiyyat nazirliyindən bu iki əlavə razılaşmanı tələb etdik. Bizi öz qurumlarına- İqtisadiyyat nazirliyi yanında dövlət-özəl sektor tərəfdaşlığına dəstək üçün idarəyə yönləndirdilər, onlar isə bunun kommersiya sirri olduğunu bildirdilər”, - Jeleznyak yazıb.
Eyni zamanda, deputat xatırladıb ki, Ukrayna hökuməti ABŞ ilə təbii sərvətlərə dair saziş tam hazır olan kimi onun bütün detallarını Ali Radaya təqdim edəcəyinə söz verib.
|
| ABŞ-Ukrayna sazişinin təfərrüatları |
Sənədə əsasən, Kiyev yeraltı sərvətlər üzərində nəzarəti saxlayacaq və ilk on ildə yeni lisenziyalardan əldə edilən gəlir ölkənin bərpasına yönəldiləcək. Fond bərabər əsaslarla idarə olunacaq.
Təxminən bir trilyon dollar civarında qiymətləndirilən bu saziş Ukrayna ilə ABŞ arasında 2025-ci ilin fevral ayının əvvəlindən müzakirə edilirdi. Razılaşmanın təşəbbüskarı Amerika prezidenti Donald Tramp olub. O, Ukrayna resursları müqabilində ABŞ-dən Kiyevə yardım təklif edib.
Daha sonra isə, Donald Tramp ABŞ-nin Ukraynanın ehtiyatlarının hasil olunacağı əraziləri kənar müdaxilərdən və təhlükələrdən qoruyacağına söz verib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


