London da müharibəyə hazırlaşır - VİDEO

   London da müharibəyə hazırlaşır    - VİDEO
  02 İyun 2025    Oxunub:984
Böyük Britaniyanın baş naziri Keir Starmer ölkənin silahlı qüvvələrini “döyüşə hazır” elan edərək, müdafiəyə investisiyaların artdığını bildirib.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Qlazqoda “Sky News” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında belə deyib.

“Biz silahlı qüvvələrimizin əsas məqsədi kimi döyüş əməliyyatlarına hazırlıq vəziyyətinə keçirik”, - Kir Starmer vurğulayıb.

Onun sözlərinə görə, NATO üzrə müttəfiqləri ilə əməkdaşlıq Londonun müdafiə siyasətinin əsas elementi olaraq qalacaq.

Broyer: "NATO Rusiyanın hücumuna hazırlaşmalıdır" - VİDEO
- Bizim müdafiə siyasətimiz həmişə ilk növbədə NATO-ya yönələcək. Biz heç vaxt təkbaşına mübarizə aparmayacağıq. Şimali Atlantika Alyansı Böyük Britaniyanın strateji gücünün fundamental mənbəyidir”, - Kir Starmer müttəfiqlərlə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Baş nazir həmçinin hərbi yenilikləri “müharibə sürətində” tətbiq etmək planlarını açıqlayaraq, 2035-ci ilə qədər ölkə ordusunun “on qat daha ölümcül gücə” malik olacağını vəd edib.

Xatırladaq ki, bundan əvvəl Almaniya ordusunun baş inspektoru Karsten Broyer NATO-nu yaxın 4 il ərzində Rusiya ilə silahlı toqquşmaya hazırlaşmağa çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   London   müharibə   hazırlıq  



Xəbər lenti